"Real"ın baş məşqçisi Zinəddin Zidan son mətbuat konfransında əsəbiləşib.

Rekord.az xəbər verir ki, o, komandanın qeyri-kafi oyunu və son uğursuz nəticələri barədə jurnalistlərin verdiyi suala sərt cavab verib:

"Məni güldürməyin. Çempionatda mübarizəmizi davam etdirməyə layiqik, - deyə Zidane Marca sitat gətirir. - Ötən il La Liqanın qalibi olduq. Bu, on il əvvəl deyil, keçən il gerçəkləşmişdi.

Bəli, oyunumuzu dəyişdirməliyik. Daha yaxşı oynamalıyıq. Yalnız bir az hörmət göstərin.

Hər gün işdən çıxmağı düşünən yəqin ki, mənəm. Hər dəfə pis bir matçdan sonra mənə belə suallar verilməsi xoşagəlməz haldır. Bu münasibətə layiq deyiləm. Bizim işimizə bir az hörmət etməlisiniz".