Zidan məğlbiyyəti şərh etdi
- 27 Fev 2020 18:26
- 843
"Real"ın baş məşqçisi Zinəddin Zidan Çempionlar Liqasının 1/8 finalında "Mançester Siti"yə 1:2 hesabı ilə uduzduqları oyunu şərh edib.
Rekord.az xəbər verir ki, o, komandasının 75 dəqiqə yaxşı oynadığını deyib:
"Amma son 10 dəqiqədə vəziyyət dəyişdi. Nəticədə biz səhv etdik və cəzalandırıldıq. "Mançester Siti" kimi komandaya qarşı oyunda 90 dəqiqə konsentrasiyanı saxlamaq lazımdır. Bu məğlubiyyət bizi əsəbiləşdirir. Ancaq pley-off azı 180 dəqiqə davam edir. Oyumuzda müsbət məqamlar tapmağa çalışmalıyıq. Düzdür, bizim üçün yaxşı nəticə olmadı, amma son dəqiqələri nəzərə almasaq, yaxşı oynadıq. Növbəti mərhələyə yüksəlmək istəyiriksə, "Mançester Siti" ilə ikinci oyunda qalib gəlməliyik".