“Real”ın baş məşqçisi Zinəddin Zidan Çempionlar Liqsının yarımfinalında “Çelsi” ilə matç öncəsi fikirlərini bölüşüb.

Rekord.az xəbər verir ki, 48 yaşlı mütəxəssis jurnalistin “Superliqaya görə hakimlərin təzyiq göstərməsindən qorxmursunuz ?” sualına bele cavab verib:

“Xeyr, düşünmürəm. Meydanda hər şey bizdən asılıdır və hakimlər həmişə olduğu kimi işlərini görəcəklər. Futbol haqqında düşünməliyik. Onların bizə zərər verəcəklərini düşünsək, elə özümüz özümüzə zərər verəcəyik. Gələn mövsüm ÇL-də olmayacağımızı düşünmək absurddur. Hamı artıq bu barədə danışdı. Yalnız özüm üçün danışa bilərəm, Növbəti mövsüm Çempionlar Liqasında “Real”ı görmək istəyirik”.

Qeyd edək ki. Sabah keçiriləcək “Real” – “Çelsi” matçı Bakı vaxtı ilə 23:00-da başlayacaq.