Zidana atmaca atdı: “Bir qadınla iki dəfə evlənməzlər”
- 06 Apr 2020 11:20
- 606
Misir milli komandasının və “Ayaks”ın sabiq futbolçusu Mido “Real”ın baş məşqçisi Zinəddin Zidanla bağlı fikirlərini bildirib.
Rekord.az xəbər verir ki, keçmiş hücumçu, Zidanın “Real”a heç nə gətirmədiyini deyib:
“Real” mənim ən sevimli klubumdur. Zidana gəldikdə isə, onun komandaya nəsə gətirdiyini düşünmürəm. Bu vəziyyətdə bir söz deyirlər: bir qadınla iki dəfə evlənməzlər”.
Karyerası ərzində “Ayaks”, “Tottenhem”, “Roma”, “Barnsli” kimi klublarda top qovan Mido, Misir yığmasında 50 oyuna çıxıb.