İspaniyanın “Real” klubunun baş məşqçisi Zinədin Zidanda koronavirus aşkarlanıb.

Rekord.az xəbər verir ki, bu barədə Madrid klubunun rəsmi saytı məlumat yayıb.

Sonuncu COVİD-19 testi pozitiv çıxan fransalı mütəxəssisin karantinə alındığı diqqətə çatdırılıb.

48 yaşlı mütəxəssis son olaraq yanvarın 20-də 1:2 hesabıyla uduzduqları “Alkoyano” ilə kubok matçında komandasına rəhbərlik edib.