![photo](https://www.rekord.az/storage/uploads/4/zidan.jpg)
Zidandan Messi açıqlaması
- 10 Apr 2021 14:47
- 713
"Real"ın baş məşqçisi Zinəddin Zidan La Liqanının 30-cu turunda "Barselona" ilə oyundan əvvəl Lionel Messinin Kataloniya təmsilçisindən ayrılması barədə yayılan xəbərlərdən danışıb .
Rekord.az "Marca"ya isinadən xəbər verir ki, o, bununla bağlı deyib: “Bunun Messi üçün son "El Klassiko" olmasını istəməzdim. "Barselona"da qalsın, orada özünü yaxşı hiss edir. Qalsa, La Liqa üçün əla olacaq".
Messinin necə bir oyunçu olduğunu bilirik. Qol vurmasa da, (Messi 2018-ci ildən bəri "El Klassiko"da qol vurmayıb - red), onun səviyyəsini bilirik.
"Barselona"nın bütün oyunçuları yaxşıdır. Onların güclü tərəflərindən istifadə etmələrinin qarşısını almağa çalışacağıq".