"Real"ın futbolçusu İsko baş məşqçi Zİnədin Zidanın ona verdiyi oyun şansından narazıdır.

Rekord.az xəbər verir ki, ispaniyalı yarımmüdafiəçi baş məşqçisinin onu kifayət qədər oynatmadığını düşünür. 28 yaşlı futbolçu bununla bağlı "Goal"a danışıb:

"Zidan məni əvəzləmək istəyəndə bunu 50 və ya 60-cı dəqiqələrdə edir. Bəzən hətta fasilədə. Yox, əgər sonradan meydana daxil olacağamsa, bu, 80-ci dəqiqədən sonra baş verir".

Qeyd edək ki, İsko bu mövsüm "Real"ın heyətində 4 matçda 148 dəqiqə meydanda olub. O, 2013-cü ildən Madrid klubunda çıxış edir.