"Real"ın baş məşqçisi Zinəddin Zidan "Yuventus"u çalışdıracağı ilə bağlı yayılan iddialara münasibət bildirib.

Rekord.az "Marca"ya istinadən xəbər verir ki, o, belə bir variantı istisna etmədiyini etiraf edib: "İtaliya ürəyimdədir. Beş ilimi Turində keçirdim və "Yuventus" mənim üçün önəmlidir. Amma indi "Real"dayam. Gəlin, görək gələcəkdə nə olacaq".

Xatırladaq ki, Zidan futbolçu karyerası ərzində 1996-2001-ci illərdə Turin təmsilçisində oynayıb və bundan sonra "Real"a keçib.