Zidanın oğlu 2-ci liqa klubunda
- 01 Fev 2020 21:00
- 917
İspaniyanın “Real” klubunun baş məşqçisi Zinəddin Zidanın oğlu Enzo Zidanın yeni komandası müəyyənləşib.
Rekord.az xəbər verir ki, mövsümün ilk yarısını Portuqaliyanın “Aves” klubunda keçirən fransalı yarımmüdafiəçi, karyerasını İspaniyanın ikinci liqasında mübarizə aparan “Almeriya”da davam etdirəcək.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Transferin detalları haqqında məlumat verilməyib.
2014-2017-ci illərdə “Real”ın əvəzedicilərində oynayan 24 yaşlı futbolçu, 2017/18 mövsümünü “Alaves”də keçirib.