Qapıçı Luka Zidan karyerasını İspaniyada davam etdirə bilər.

Rekord.az xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb.

24 yaşlı fransalı azad agent kimi “Jirona” ilə müqavilə imzalamağa yaxındır.

Zinəddin Zidanın oğlu olan Luka “Real”ın məzunudur və 2019-cu ilin yanvarından “kral klubu”nda oynayır.

O, 2020-ci ilin oktyabrında “Rayo Valyekano”ya keçib, 2022-ci ilin yayında isə klubu tərk edib. Luka ötən mövsüm 13 matçda 17 qol buraxıb.