Keçən il maddi yardım üçün AFFA-ya üz tutan klublardan biri də "Zirə" idi.

Rekord.az xəbər verir ki, federasiya "Qəbələ", "Səbail", "Sumqayıt" kimi, "Zirə"yə də maddi yardım etmişdi.

Lakin bu il analiji müraciət olunmayacaq. Baxmayaraq ki, əvəzedici komanda bərpa olunduğu üçün maliyyə xərcləri bu il daha da artıb. Lakin "Zirə" bütün xərcləri öz gücü hesabına qarşılayacaq. Bu yaxınlarda komanda ölkənin tanınmış mobil operatorlarından olan “Nar”la əməkdaşlıq müqaviləsi imzalayıb. Həmin müqaviləyə uyğun olaraq, sözügedən şirkət "Zirə" klubuna 500 min manat pul ödəyəcək. Klub rəhbərliyi də həmin vəsaitlə müəyyən xərcləri qarşılayacaq və federasiyanın yardımına ehtiyacları olmayacaq.

Maraq üçün deyək ki, AFFA keçən il "Zirə"yə məhz 500 min manatlıq yardım etmişdi.