“Zirə" klubu braziliyalı futbolçusu Filip Pahtmanla yollarını ayırıb.
Rekord.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Hücumçu ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
Pahtman 2022-ci ildə Ukraynanın "Lıvov" klubundan transfer olunmuşdu.