"Zirə" qış transfer dönəmində Boqomolski ilə bağlı yenidən "Neftçi"yə müraciət etməyi düşünür.

Rekord.az xəbər verir ki, baş məşqçi Rəşad Sadıqov bearuslu hücumçunun xidmətində maraqlıdır.

Sözügedən futbolçu ilə bağlı yayda da "Neftçi"yə müraciət olunmuşdu, lakin "ağ qaralar" futbolçunu buraxmaqdan imtina etmişdi. Səbəb kimi yeni hücumçuların alınması məsələsinin dəqiqləşmədiyi göstərilmişdi. Hazırda isə "Neftçi"nin düşərgəsində kifayət qədər ön xətt oyunçudu var və Boqomolski heç cürə əsa heyətdə yer ala bilmir.