![photo](https://www.rekord.az/storage/uploads/5/edad7a16-e1ee-3ef5-95bf-d1471e0313ee-850.jpg)
“Zirə” ÇL-də finala yüksələ bilmədi
- 09 Sen 2023 14:30
- 281
Minifutbol üzrə “Zirə” komandası Bolqarıstanın paytaxtı Sofiyada təşkil olunan Çempionlar Liqasında finala yüksələ bilməyib.
Rekord.az xəbər verir ki, Azərbaycan təmsilçisi yarımfinalda Monteneqronun "Sabornoq Xrama" klubuna məğlub olub.
Qarşılaşma rəqibin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. “Zirə” üçüncü yer uğrunda matçda son çempion AEK-lə (Rumıniya) qarşılaşacaq.
Azərbaycanın digər təmsilçisi “Birbaşa Bakı” 1/4 finalda məhz AEK-ə məğlub olaraq mübarizəni dayandırıb.