«Zirə» sükutu pozub.

Rekord.az xəbər verir ki, qəsəbə klubu qış bazarlığında ilk transferini reallaşdırıb.

Avrokuboklara iddialı «qartallar» Hamidu Keyta ilə anlaşıb.

27 yaşlı fransalı hücumameylli yarımmüdafiəçidir. O, cari mövsümün geridə qalan hissəsini Portuqaliyada – «Santa Klara»da keçirib.

«Oser»in yetirməsi 2014-cü ildə peşəkar futbol karyerasına başlayıb. Adıçəkilən klubun B komandasına yüksələn Keyta daha sonra «Havr»a üz tutub.

2015-ci ildən buradan ayrılıb və «Trellisar»a keçib. Növbəti 2 mövsümdə isə «Sent Etyen»in uğurları üçün tər töküb.

2017-2018-ci illərdə «Şambli»nin yolunu tutub. Ardınca Rumıniyadan dəvət alıb və «Kalaraşi» ilə müqavilə bağlayıb.

2019-2021-ci il aralığında «Botaşani»yə xidmət edib. Ötən ilin yayınla da buranı «Sana Klara»ya dəyişib. (sportinfo.az)