"Zirə" - "Sumqayıt" matçı koronavirus səbəbindən təxirə salınsa da "Zirə" klubu futbolçularını evə buraxmamağa qərar verib.

Rekord.az-a daxil olan məlumata görə, baş məşqçi çempionatla bağlı məsələyə aydınlıq gələnə kimi, futbolçuları bazada saxlamağa qərar verib.

Bir növü özünütəcrid sistemi qüvvədə saxlanılıb.