İstirahəti başa vuran “Zirə” bu gün bir araya gəlib və ilk məşqinə çıxıb.

Rekord.az xəbər verir ki, hazırlığını Bakıda keçən “qartallar” toplanış müddətində 2 yoxlama oyunu keçirməyi planlaşdırıb.

Komanda yanvarın 10-da “Araz-Naxçıvan”, 15-də isə “Qarabağ”la qarşılaşacaq.