"Zirə" ilə ölkə kubokunun 1/8 final mərhələsi "Neftçi"nin baş məşqçisi Regekampflı üçün sonuncu oyun ola bilər.

Rekord.az-a daxil olan məlumata görə, çempionatın 16-cı turunda "Qarabağ"a 0:4 hesabı ilə uduzan "ağ qaralar" çempionluq bir yana, hətta gümüş medal şansını da sual altına aldı.

Hazırda 2-ci pillədə qərarlaşan "Sabah" "Neftçi"ni 7 xal qabaqlayır. Əgər "ağ qaralar" kubok matçlarında "Zirə"yə də məğlub olsa, bu, o demək olacaq ki, mövsüm böyük ölçüdə komanda üçün fiasko ilə bitəcək. Bu mənada, komanda kubokda mərhələ keçə bilməsə, rumıniyalı məşqçinin göndərilməsi gündəmə gələcək.