Premyer Liqanın son turunda "Zirə" ilə üz-üzə gələcək "Səbail" rəhbərliyi oyun öncəsi məşqçilər korpusu qarşısında maraqlı şərt qoyub.

Rekord.az-a daxil olan məlumata görə, rəhbərlik bildirib ki, 6-cı pilləni tutmaq baxımından "Zirə"ni məğlub etmək mütləqdi.

Hətta bildirilib ki, əgər "Səbail" "Zirə"ni məğlub edib mövsümü 6-cı pillədə bitirməyi bacarsa, o zaman növbəti mövsüm üçün komandanın büdcəsi 9 milyon  manata qaldırılacaq. Əgər, "Səbail" "Zirə"yə məğlub olsa, o zaman hazırkı büdcə də azaldılacaq.