“Zirə” ilk kubok matçında “Neftçi”nin baş məşqçisi Samir Abasov gözlənilmədən çərçivəni xeyli müddətdir oyun təcrübəsi olmayan Səlahət Ağayevə tapşırdı. Ağayev də kobud səhvi ilə komandasınıən məğlubiyyətinə səbəbkar oldu.

Rekord.az xəbər verir ki, hazırda hər kəsi bir sual düşündürür ki, Abasov savab oyununda qapını kimə etibar edəcək.

Bizə daxil olan məlumata görə, sumqayıtlı məşqçi bu dəfə riskə getməyərək Aqil Məmmədova güvənəcək.