
“Zirə” - “Kəpəz” matçının başlama saatı yenə dəyişdirildi
- 24 Fev 2025 14:50
- 63
Kəskin dəyişən hava şəraitinə görə bu günə təxirə salınmış Misli Premyer Liqasının 24-cü turunun “Zirə” - “Kəpəz” matçının başlama saatı yenə dəyişdirilib.
Rekord.az xəbər verir ki, bu barədə PFL-in rəsmi saytı məlumat yayıb.
Belə ki, Zirə İdman Kompleksinin stadionunun ot örtüyünün qardan tam təmizlənməsi məqsədilə qarşılaşmanın saat 18:00-da start götürməsi qərara alınıb.
Qarşılaşma saat 16:00-da başlamalı idi.