
“Zirə” - “Kəpəz” oyununun startı yubanır
- 24 Fev 2025 18:30
- 49
Hava şəraitinə görə bu günə təxirə salınmış Misli Premyer Liqasının 24-cü turunun “Zirə” - “Kəpəz” matçının startı yubanır.
Rekord.az xəbər verir ki, Zirə İdman Kompleksinin stadionunda oyun üçün hazırlıq prosesi yekunlaşmaq üzrədir.
“Zirə” - “Kəpəz” matçı stadionda VAR, həmçinin digər texniki avadanlıqların tənzimlənməsi və yoxlanılması işləri aparıldıqdan, eləcə də komandaların isinmə hərəkətlərindən sonra start götürəcək.
Qeyd edək ki, son olaraq oyunun startı saat 18:00-a təyin olunmuşdu. Böyük ehtimalla, matçın startı daha bir saat gecikəcək.