Orxan Sadıqlı, Emil Balayev və Bojan Zoqoviçlə yolları ayıran “Zirə” hazırda çərçivə olaraq, yalnız Abdulla Seyidəhmədovun ümidinə qalıb.

Rekord.az xəbər verir ki, zirəlilər məhz buna görə yeni qapıçı axtarışına çıxıb.

Əldə etdiyimiz məlumata görə, yeni əlcək sahibi legioner olacaq. Lakin klub bu məsələdə büdcəsinə uyğun davranacaq. Yəni alınacaq qapıçının şərtləri klubun hazırkı büdcəsinə uyğun olmalıdır.