Millimizin sabiq üzvü Perdis Fercad Azad yenidən Azərbaycana qayıda bilər.

Rekord.az-a daxil olan məlumata görə sabiq klubu "Zirə" onun xidmətində maraqlıdır.

Perdis Samir Abasovun dövründə bu komandadan göndərilmişdi. Amma görünür Zaur Həşimov iranlı futbolçunu yenidən "Zirə"də görmək istəyir. Lakin futbolçu özü hələlik bu təklifə konkret cavab verməyib.