Məlum olduğu kimi, noyabrın 22-23-də ölkə kubokunun 1/8 final mərhələsinin oyunları keçiriləcək.

Rekord.az xəbər verir ki, bu mərhələdə "Zirə" səfərdə "Mingəçevir"in qonağı olacaq.

Halbuki zirəlilər Mingəçevir stadionundakı şəraitin və xüsusilə də ot örtüyünün vəziyyətinin yaxşı olmadığını əsas gətirərək matçın Bakıda, yaxud da Qəbələdə keçirilməsini istəyib. Lakin PFL matçın yerini dəyişməkdən imtina edib.

Əldə etdiyimiz məlumata görə, "Zirə" klubu PFL-dən öncə "Mingəçevir"ə matçın Bakıda oynanılmasını təklif edib. Hətta bildirilib ki, onların bütün səfər xərcini, yemək-içməyinə kimi, "Zirə" qarşılayacaq. Lakin "Mingəçevir" bu təklifi qəbul etməyib.