“Zirə” müdafiəçisi ilə yollarını ayırdı
- 10 Avq 2023 15:15
- 317
“Zirə” daha bir futbolçusu ilə yollarını ayırıb.
Rekord.az xəbər verir ki, müdafiəçi Slavik Alxasov paytaxt təmsilçisini tərk edib.
30 yaşlı cinah oyunçusu ilə 2024-cü ilin yayına qədər qüvvədə olan müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Qeyd edək ki, Slavik Alxasov 2022/2023 mövsümündə Premyer Liqada 20 oyun keçirib.