Misli Premyer Liqasının 6-cı turunun təyinatları açıqlanıb.

Rekord.az Peşəkar Futbol Liqasının saytına istinadən xəbər verir ki, turun mərkəzi matçını - “Zirə” - “Neftçi” oyununu FIFA referisi Elçin Məsiyev idarə edəcək.

Turun açılış matçında - “Araz-Naxçıvan” – “Kəpəz” duelində isə Rəvan Həmzəzadə ədaləti qoruyacaq.

Azərbaycan Premyer Liqası
6-cı tur
13 sentyabr

19:30. “Araz-Naxçıvan” – “Kəpəz”
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Şirmamed Mamedov, Elvin Bayramov.
VAR: Cavid Cəlilov.
AVAR: Namiq Hüseynov.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
“Liv Bona Dea Arena”

14 sentyabr

16:30. “Şamaxı” – “Sumqayıt”
Hakimlər: Rəşad Əhmədov, Vüsal Məmmədov, Zöhrab Abbasov, Əli Əliyev.
VAR: Rauf Cabarov.
AVAR: Eyyub İbrahimov.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Azər Əsgərov.
Şamaxı şəhər stadionu

19:00. “Qarabağ” – “Səbail”
Hakimlər: Tural Qurbanov, Rəhman İmami, Müslüm Əliyev, Rauf Allahverdiyev.
VAR: Kamal Umudlu.
AVAR: Asiman Əzizli.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: İlham Əliyev.
“Azərsun Arena”

15 sentyabr

18:00. “Zirə” – “Neftçi”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Əkbər Əhmədov.
VAR: Nicat İsmayıllı.
AVAR: Kamran Bayramov.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Zirə İdman Kompleksinin stadionu

20:30. “Sabah” – “Turan Tovuz”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Fərid Hacıyev.
VAR: İnqilab Məmmədov.
AVAR: Teymur Teymurov.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Emin Cəfərov.
“Bank Respublika Arena”.