“Neftçi”nin sabiq futbolçusu Matteo Mujek karyerasını yenidən Azərbaycanda davam etdirə bilər.

Rekord.az xəbər verir ki, xorvatiyalı futbolçuya Azərbaycandan təkliflər var.

Son dəfə “Şerif”də çıxış etmiş sol cinah müdafiəçisi “Zirə” ilə yanaşı daha bir neçə klubumuza təklif edilib.

2017/2018 mövsümündə “Neftçi”də oynamış Mujek sonradan ölkəmizi tərk edərək “Şaxtyor”(Karaqanda), “Sent-Mirren” klublarında oynayıb. 24 yaşlı futbolçu yanvardan sonra klublarımızdan birində çıxış edə bilər.