Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 8-ci tura yekun vurulub.

Rekord.az xəbər verir ki, sonuncu oyun günündə də iki görüş baş tutub.

Öncə iki paytaxt təmsilçisi - “Neftçi” və “Zirə” üz-üzə gəlib. İlk dövrədə Zirədə baş tutan oyunda meydan sahibləri minimal hesabla üstün olmuşdular. Bu üzdən “ağ-qaralar” həmin məğlubiyyətin əvəzini çıxmaq istəyirdi. Gözlənildiyi kimi, "Neftçi" bu oyunda asan qələbəyə sevinib.

Turun son matçında isə “Səbail” “Sumqayıt”ı qəbul edib. Paytaxt təmsilçisi birinci dövrədə 3 cavabsız qolla qalib gəldiyi bu rəqibini yenə məğlub etməyi hədəfləmişdi. Amma sumqayıtlılar da səfərdən xal və xallarla qayıtmaq əzmindəydi. Bu görüşdə isə qələbəni qonaqlar bayram ediblər.

Xatırladaq ki, ilk oyun günündə “Qəbələ” “Qarabağ”la, “Keşlə” isə “Sabah”la heç-heçəyə razılaşıb - 1:1.

Azərbaycan Premyer Liqası
8-ci tur

20 oktyabr

“Neftçi” – “Zirə” 3:0
Qol: D.Federiko, 27. B.Dabo, 46. S.Monroz, 77.
Hakimlər: Rövşən Rəcəbov, Zeynal Zeynalov, Cavanşir Yusifov, Rauf Allahverdiyev.
“Bakcell Arena”, 17:00.

Neftçi: 1. Səlahət Ağayev, 17. Rəhman Hacıyev, 8. Emin Mahmudov (k), 18. Tural Axundov, 25. Kiril Petrov, 10. Dario Federiko, 9. Baqali Dabo, 36. Mamadu Kane, 6. Voyislav Stankoviç, 28. Stiven Monroz, 5. Anton Krivotsyuk.
Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 12. Kamran İbrahimov, 7. Namiq Ələsgərov, 19. Rauf Əliyev, 93. Soni Mustivar, 3. Mamadu Mbodj, 11. Evangelos Platellas, 77. Donald Gerye, 26. Ömər Buludov, 33. Turan Vəlizadə, 80. İsmayıl Zülfüqarlı.
Baş məşqçi: Roberto Bordin.
Zirə: 1. Orxan Sadıqlı, 8. İlkin Muradov, 14. Bəxtiyar Həsənalızadə, 7. Cavid Hüseynov (k), 4. Elvin Camalov, 17. Robin Nqalande, 48. Şafik Tiqrudja, 5. Anastasios Papazoğlu, 11. Soni Norde, 6. Alvaro Ampuero, 99. Rafael Məhərrəmli.
Ehtiyat oyunçular: 28. Boyan Zoqoviç, 10. Elvin Məmmədov, 23. Mfo Kqasvane, 70. Nicat Süleymanov, 19. Müşfiq İlyasov, 64. Kənan Cəfərov.
Baş məşqçi: Zaur Həşimov.

“Səbail” – “Sumqayıt” 0:2
Qol: P.Babayi, 47. E.Cəfərquliyev, 90+4.
Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Cəmil Quliyev, Rəşad Əhmədov.
“ASCO Arena”, 19:30.

Səbail: 85. Kamal Bayramov, 4. Eltun Yaqublu (k), 7. Fəhmin Muradbəyli, 14. Rahid Əmirquliyev, 10. Ağabala Ramazanov, 32. Elvin Yunuszadə, 34. Ürfan Abbasov, 55. Adil Nağıyev, 22. Mirabdulla Abbasov, 8. Yevgeni Koçuk, 3. Turan Manafov.
Ehtiyat oyunçular: 25. Elxan Əhmədov, 88. Orxan Qurbanlı, 26. Kamal Qurbanov, 17. Elçin Rəhimli, 5. Vüqar Bəybalayev, 9. Mirsahib Abbasov, 6. Maykl Esyen, 77. Ədilxan Qarəhmədov, 79. Əli Sadıxov.
Baş məşqçi: Aftandil Hacıyev.
Sumqayıt: 1. Mehdi Cənnətov, 3. Vurğun Hüseynov (k), 14. Elvin Bədəlov, 22. Sərtan Taşqın, 6. Vüqar Mustafayev, 90. Rəhim Sadıxov, 10. Əmir Ağayev, 8. Peyman Babayi, 70. Mehdi Şərifi, 5. Camaladdin Xocaniyazov, 28. Səbuhi Abdullazadə.
Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 12. Nicat Mehbalıyev, 97. Xəyal Nəcəfov, 2. Rail Məlikov, 7. Ehtiram Şahverdiyev, 11. Elgün Nəbiyev, 9. Amil Yunanov, 50. İlqar Qurbanov, 18. Süleyman Əhmədov, 44. Elvin Cəfərquliyev.
Baş məşqçi: Ayxan Abbasov.