Konfrans Liqasında “Makkabi”ni "Dalğa Arena"da qəbul edən “Zirə” Misli premyer-liqasında da ev oyununu adı çəkilən məkanda keçirəcək.

Rekord.az xəbər verir ki, konkret desək, “Sabah”la 2-ci turun qarşılaşması Zirə İdman Komleksində yox, Mərdəkanda baş tutacaq. Bunun səbəbini aydınlaşdırmaq üçün klubun mətbuat katibi Elmar Abdullazadə ilə əlaqə saxladıq:
 

"Dalğa Arena"ya köçməyimizin səbəbi Zirədəki stadionumuzda təmir işlərinin aparılmasıyla bağlıdı. Qazonun vəziyyəti yaxşıdı. Oturacaqları və sektorları yeniləyirik. "Dalğa Arena"da ev oyunlarımızı keçirməyimiz müvəqqətidi. Ən geci 1 aya yenidən doğma məkana qayıdacağıq". ("Futbol plus")