“Zirə” bu gün Konfrans Liqasında növbəti oyununu keçirib.

Rekord.az xəbər verir ki, tarixində ilk dəfə avrokubokların pley-offuna çıxmış Azərbaycan təmsilçisi Kiprdə yerli “Omoniya” ilə qarşılaşıb.

Nikosiyadakı “GSP Arena”da baş tutan oyun Azərbaycan təmsilçisinin böyükhesablı məğlubiyyəti ilə bitib.

Bu komandalar arasındakı cavab görüşü bir həftə sonra Bakıda keçiriləcək.

Avropa Konfrans Liqası
Pley-off mərhələsi, ilk oyun

15 avqust

Omoniya - Zirə 6:0
Qollar: Amin Xammas, 13. Villi Semedo, 34-pen; 70. Mariuş Stepinski, 45+1; 54. Evandro, 60. 
Baş hakim: Yuri Frişer (Estoniya).
Nikosiya. “GSP Arena”.

Omoniya: 40. Fabiano (k), 2. Alfa Diunku, 5. Senu Kulibali, 30. Nikolas Panaqitu, 24. Amin Xammas, 80. Noviks Erakoviç, 20. mateo Mariç, 11. Evandro, 21. Veliko Simiç, 14. Mariuş Stepinski, 7. Villi Semedo.
Ehtiyat oyunçular: 23. Uzoho (k), 98. Kiriakidis, 4. Helander, 9. Kakulli, 10. Atzili, 17.Masuras, 22. Lanq, 31. Kusulos, 33. Musialovski, 76. Çaralampus, 85. Neofitu, 99. Saidu.
Baş məşqçi: Valdas Dambrauskas.
Zirə: 97. Tiaqo Silva, 32. Qismət Alıyev (k), 3. Anje Mutsinzi, 4. Ruan Renato, 11. Rüstəm Əhmədzadə, 15. Pyer Zebli, 7. Məqsəd İsayev, 21. Hacıağa Hacıyev, , 6. Eldar Quliyev, 23. Rafael Utsiq, 90. Davit Volkov.
Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 99. Səlim Həşimov, 5. Stefan Akka, 10. Georgi Papunaşvili, 14. Elçin Əlicanov, 16. Fuad Bayramov, 18. Junior Martins, 19. Salifu Suma, 28. Abbas İbrahim, 29. Ceyhun Nuriyev.
Baş məşqçi: Rəşad Sadıqov.