Hacıağa Hacılı növbəti mövsüm də “Zirə”nin şərəfini qoruyacaq.
Rekord.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
22 yaşlı yarımmüdafiəçi daha 1 il müddətinə “Qarabağ”dan icarəyə götürülüb.
Qeyd edək ki, Hacılı ötən mövsüm də icarə əsasında "Zirə"nin formasını geyinib.