"Zirə" prezidentliyinə iddialı tanınmış fitness məşqçisi: "Klubda heç kim heç kimə hörmət eləmir"
- 23 Fev 2020 17:00
- 1459
Dünya futbolunda klub prezidentləri adətən kişilər olur. Lakin bəzən istisnalar da olur. Məsələn bu yaxınlarda Türkiyədə Berna Gözbaşı adlı bir xanım Türkiyə Superliqasında çıxış edən "Kayserispor" klubunun prezidenti seçildi. Azərbaycanda da belə bir iddiası olan xanım var. Söhbət tanınmış fitness məşqçisi Kəmalə İsmayılovadan gedir. Kəmalə xanım bir müddətir ki sosial şəbəkə hesabında yarlzarafat yarıciddi bu iddia ilə çıxış edir.
Rekord.az olaraq İsmayılovaya bu məsələ ilə bağlı müraciət etdik.
Kəmalə xanım həqiqətən də "Zirə"nin prezidenti olsa hansı addımı atar? Ümumiyyətlə onun üçün "Zirə"nin əsas problemi nədir? Cazibədar xanım sualımızı bu cür cavablandırdı: "Əvvəla deyim ki, bu məsələdə tam ciddiyəm. Yəni "Zirə"nin prezidenti postunu tutmağa, ümumiyyətlə, klub prezidenti olmaq üçün özümü hazır hesab edirəm. Konkret "Zirə"yə gəlincə, bu klubda ciddi problemlər var. Əsas problem odur ki, heç kim heç kimə hörmət eləmir, baş məşqçini sayan yoxdr. Problemlərdən biri də baş məşçi seçimlərinin yanlış olmasıdır. Görürsən ki, cavan məşçilər effek vermir. Ayxan da vermədi, Samir də vermədi. Yenə də gedib başqa bir cavan məşqçi olan Zauru gətirirsən. Halbuki elə məşqçi gətirməlisən ki, illərlə Azərbaycan futbolunda işləsin və təcrübəsi olsun. Futbolçular da onunla hesablaşsın və hörmət eləsin. Elvin Məmmədov komandadan niyə getdi? Çünki Zaurla yola getmədi. Baxma, vaxtı ilə eyni komandada oynayıblar, komanda yoldaşı olublar, amma bu gün bir-birinə sözləri keçmir. Heç olmasa Nazim Süleymanov, Arif Əsədov kimi birini gətirib baş məşqçi qoymalısan ki, sözü keçsin, ən azı adına hörmət eləsinlər. Mən klub prezideni olsam, ilk növbədə bu cür addım ataram və bu məsələ həll olununca nizam-intizam da qaydasına düşəcək, nəticə də özü gələcək".