Azərbaycan Premyer Liqası yarımçıq qalacağı halda avrokuboklara yololanacaq 4 komandanın turnir cədvəlindəki hazırkı mövqeyə görə, müəyyən olunacağı gözlənilir. Bu isə o deməkdir ki, 4-cü pillədə qərarlaşan “Sumqayıt” da tarixində ilk dəfə avrokuboklara yollanmaq şansı qazanacaq. Çünki hazırda bu komanda “Zirə” ilə eyni xala malik olsa da şəxsi görüşlərə görə, sumqayıtlılar 4-cü pillədə qərarlaşıb.

Rekord.az-a daxil olan məlumata görə, “Zirə” bu seçimdən narazıdır.

Onlar bu cür seçimin ədalətli olmadığını düşünür. Etibarlə mənbədən saytımıza daxil olan məlumata görə, çempionat yarımçıq qalacağı halda “Zirə” rəhbərliyi 4-cü yerin taleyinin püşklə həll olunması ilə bağlı AFFA qarşısında məsələ qaldıracaq. Yəni püşk atılsın və püşkdə kimin adı çıxsa, o za avrokuboklara yollansın.