Milli komandaların rəsmi oyunları ilə əlaqədar Premyer Liqada yaranmış fasilədən istifadə edən klublar yoxlama görüşlərində qüvvələrini sınayacaqlar.

Rekord.az xəbər verir ki, “Zirə” də bu müddətdə gücünü sınayacaq.

Baş məşqçi Rəşad Sadıqov sentyabrın 5-də “Qəbələ” ilə matçda oyunçularının hazırlıq durumuna göz gəzdirəcək. Bu barədə paytaxt təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Zirə İdman Kompleksində baş tutacaq oyuna saat 18:00-da start veriləcək.

Qeyd edək ki, bu komandalar Premyer Liqanın 1-ci turunda Qəbələdə üz-üzə gəlib. Avqustun 23-dəki oyunda 1:1 hesabı qeydə alınıb.

Yoxlama oyunu
5 sentyabr

18:00. Zirə – Qəbələ