“Zirə” “Qəbələ”yə, “Sumqayıt” “Neftçi”yə uduzdu
- 02 Sen 2023 22:25
- 350
Azərbaycan Premyer Liqasında 5-ci turun oyunları keçirilir.
Rekord.az xəbər verir ki, bu gün daha iki görüş baş tutub.
Əvvəlcə cari mövsümə çox pis başlamış “Qəbələ” doğma meydanda ardıcıl 4 qələbə qazanmış “Zirə”ni sınağa çəkib. Qarşılaşma liderin məğlubiyyəti ilə başa çatıb.
Günün digər matçında “Sumqayıt” “Neftçi” ilə üz-üzə gəlib. Bu oyunda isə qonaqlar minimal hesabla qalib gəliblər.
Xatırladaq ki, ilk oyun günündə “Sabah” “Turan Tovuz”a 0:3 hesabıyla məğlub olub. “Kəpəz” – “Araz-Naxçıvan” və “Səbail”– “Qarabağ” görüşləri sabah baş tutacaq.
Azərbaycan Premyer Liqası
5-ci tur
2 sentyabr
“Qəbələ” – “Zirə” 1:0
Qol: Rauf Hüseynli, 20.
Hakimlər: Cavid Cəlilov, Zeynal Zeynalov, Akif Əmirəli, Rəvan Həmzəzadə
Qəbələ şəhər stadionu, 18:00.
Qəbələ: 1. Rəşad Əzizli, 2. İlkin Qırtımov, 34. Ürfan Abbasov (k), 14. Ülvi İsgəndərov, 5. Rauf Hüseynli, 7. Emil Səfərov, 20. Bilel Auaşeriya, 4. Lukas Afriko, 99. Ahmed Ayzaya, 9. Əyyub Allaş, 10. Omar Hani.
Ehtiyat oyunçular: 13. Kristof Atanqana, 36. Elməddin Sultanov, 11. Asif Məmmədov, 28. Murad Musayev, 12. Nicat Əliyev, 24. Xəyal Xudaverdiyev, 18. Mehrac Baxşalı, 71. Sənan Ağalarov, 3. Zurab Oçiqava, 72. Osama Xalayla, 17. Yaovi Akakpo, 8. Gilad Abramov.
Baş məşqçi: Elmar Baxşıyev.
Zirə: 97. Tiaqo Silva, 77. Məqsəd İsayev, 10. Rəhim Sadıxov, 32. Qismət Alıyev (k), 16. Fuad Bayramov, 9. Vladislav Kulaç, 4. Ruan Renato, 44. Dmitrios Çantakias, 15. Pyer Zebli, 6. Eldar Quliyev, 19. Salifu Suma.
Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 50. Səlim Həşimov, 21. Hacıağa Hacılı, 11. Rüstəm Əhmədzadə, 66. Pərviz Azadov, 52. Emil Bayramov, 5. Stefan Akka, 23. Andriya Lukoviç, 70. İssa Cibrila, 7. Filipe Paxtman.
Baş məşqçi: Rəşad Sadıqov.
“Sumqayıt” – “Neftçi” 0:1
Qol: Dieqo Valdes, 74.
Hakimlər: Rauf Allahverdiyev, Müslüm Əliyev, Cəmil Quliyev, Kamal Umudlu
“Kapital Bank Arena”, 20:30.
Sumqayıt: 1. Mehdi Cənnətov, 14. Elvin Bədəlov (k), 7. Rövlan Muradov, 17. Murad Xaçayev, 30. Kamran Quliyev, 8. Səbuhi Abdullazadə, 19. Roi Kehat, 58. Oktavio Manteka, 12. Abu Dosso, 4. İsa Suliman, 10. Kamran Əliyev.
Ehtiyat oyunçular: 15. Orxan Sadıqlı, 36. Xəyal Fərzullayev, 6. Vüqar Mustafayev, 20. Ayxan Süleymanlı, 21. Nihad Əhmədzadə, 41. Uğur Cahangirov, 16. Tural Axverdiyev, 11. Kazimir Ninqa, 9. Erik Sorqa, 71. Masaki Murata, 60. Tresor Mossi.
Baş məşqçi: Samir Abasov.
Neftçi: 1. İvan Brkiç, 10. Filip Ozobiç, 8. Emin Mahmudov (k), 2. Qara Qarayev, 17. Rəhman Hacıyev, 4. Mark Tamaş, 5. Kenni Sayef, 23. Ataa Caber, 99. Ervin Koffi, 44. Yuri Matias, 9. Andre Şinyaşiki.
Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 94. Eldar Babayev, 3. Höccət Haqverdi, 19. Azər Salahlı, 7. Azər Əliyev, 21. İsmayıl Zülfüqarlı, 27. Fərid Yusifli, 41. Samir Həsənov, 6. Dieqo Valdes, 25. Aaron Olanare, 11. Kilan Lebon, 77. Yeqor Boqomolski.
Baş məşqçi: Adrian Mutu.