"Zirə" rəhbərliyi biabırçılıq edən futbolçuları bağışladı
- 19 Fev 2020 11:00
- 1063
«Zirə» ötən həftə Premyer Liqanın cari mövsümünün ən ağır məğlubiyyətini aldı. Qəsəbə təmsilçisi öz meydanında «Qarabağ»dan 6 cavabsız qol «yedi».
Rekord.az-ın məlumatına görə, klub rəhbərliyi böyükhesablı yenilgiyə rəğmən, futbolçuları cərimələməyib. Halbuki əsas heyət üzvlərinin əməkhaqqısından 30% faiz tutulması gözlənilirdi.
Rəsmilər ab-havanın tamamilə korlanmasını istəmədiyindən, bu fikirdən vaz keçib.
Əvəzində Zaur Həşimov bu gün oyunçuları sərt şəkildə tənqid və tənbeh edib. Baş məşqçi bu nəticədən xeyli utandığını və 3 gün keçsə də, hələ də özünə gəlmədiyini deyib. (sportinfo.az)