“Zirə”nin 17 yaşadək futbolçulardan ibarət komandası bu gün yoxlama oyununda qüvvəsini sınayıb.

Rekord.az xəbər verir ki, “qartallar” Rusiyanın “Kazan” klubundan olan həmyaşıdları ilə qarşılaşıb. Matç 1:1 hesablı bərabərliklə başa çatıb. “Qartallar”ın qolunun müəllifi Mircəfər Şahbazov olub.