Azərbaycan Premyer Liqasında 4-cü turun oyunları keçirilir.

Rekord.az xəbər verir ki, bu gün daha iki görüş baş tutub.

Əvvəlcə “Turan Tovuz” doğma meydanda “Səbail”lə münasibətlərinə aydınlıq gətirib. Dörd qolun qeydə alındığı oyun qonaqların inamlı qələbəsiylə yekunlaşıb.

Günün digər matçı lider “Zirə” ilə “Sabah” arasında baş tutub. Əvvəlki oyunlarından maksimum nəticə ilə ayrılmış zirəlilər bu görüşdə də qələbə qazanıblar.

Xatırladaq ki, ilk oyun günündə “Araz-Naxçıvan”la “Sumqayıt”ın görüşü heç-heçə bitib – 1:1. Tura sabah keçiriləcək iki oyunla yekun vurulacaq.

Azərbaycan Premyer Liqası
4-cü tur

26 avqust

“Turan Tovuz” – “Səbail” 1:3
Qollar: Roderik Miller, 84 - Aleksandr Ramalinqom, 5. Yusif Nəbiyev, 62. Ağabala Ramazanov, 90.
Hakimlər: Tural Qurbanov, Akif Əmirəli, Cəmil Quliyev, Nicat İsmayıllı.
Tovuz şəhər stadionu, 17:00.

Turan Tovuz: 13. Aydın Bayramov, 4. Şəhriyar Əliyev (k), 2. Sertan Taşkın, 10. Xəyal Nəcəfov, 77. Fərid Nəbiyev, 5. Roderik Miller, 8. Piruz Marakvelidze, 23. Alexandro Serrano, 25. Denis Marandiç, 6. Bruno Qonçalves, 79. Martin Petkov.
Ehtiyat oyunçular: 1. Tərlan Əhmədli, 85. Kamal Bayramov, 3. Tərlan Quliyev, 14. Slavik Alxasov, 39. Sadiq Quliyev, 18. Budaq Nəsirov, 88. Faiq Hacıyev, 99. Veysəl Rzayev, 60. Səbayıl Bağırov, 9. Belaydi Pusi, 80. Otto Con, 11. Ayxan Hüseynov.
Baş məşqçi: Ayxan Abbasov.
Səbail: 1. Səlahət Ağayev, 6. Cabir Əmirli (k), 74. Yusif Nəbiyev, 8. Bahadur Həziyev, 88. Valdemar Almeyda, 4. Adi Mehremiç, 99. David Qomis, 90. Aleksandr Ramalinqom, 27. Pedro Nuno, 55. Nir Bardea, 44. Yadin Luqasi.
Ehtiyat oyunçular: 12. Hüseynəli Quliyev, 9. Amil Yunanov, 10. Ağabala Ramazanov, 17. Rafael Məhərrəmli, 18. Süleyman Əhmədov, 11. Rüfət Abdullazadə, 19. Samir Abdullayev, 21. Anas Najah.
Baş məşqçi: Şahin Diniyev.

“Zirə” – “Sabah” 1:0
Qol: Vladislav Kulaç, 2.
Qırmızı vərəqə: Amin Seydiyev, 67.
Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Kamran Bayramov, Fərid Hacıyev.
Zirə İdman Kompleksinin stadionu, 19:30.

Zirə: 97. Tiaqo Silva, 77. Məqsəd İsayev, 32. Qismət Alıyev (k), 16. Fuad Bayramov, 11. Rüstəm Əhmədzadə, 9. Vladislav Kulaç, 4. Ruan Renato, 44. Dmitrios Çantakias, 15. Pyer Zebli, 28. Abbas İbrahim, 6. Eldar Quliyev.
Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 50. Səlim Həşimov, 10. Rəhim Sadıxov, 21. Hacıağa Hacılı, 66. Pərviz Azadov, 52. Emil Bayramov, 5. Stefan Aka, 23. Andriya Lukoviç, 7. Filipe Paxtman, 19. Salifu Suma.
Baş məşqçi: Rəşad Sadıqov.
Sabah: 1. Yusif İmanov, 17. Tellur Mütəllimov, 10. Aleksey İsayev (k), 9. Anatoli Nuriyev, 2. Amin Seydiyev, 15. Kristian da Silva, 7. Boyan Letiç, 44. Sofian Çakla, 19. Emmanuel Apeh, 3. Con İrasabal, 12. Vensan Till.
Ehtiyat oyunçular: 55. Nicat Mehbalıyev, 16. Rüstəm Samiqullin, 77. Namik Ələskərov, 4. Elvin Camalov, 5. Rəhman Daşdəmirov, 29. Ceyhun Nuriyev, 21. İldar Ələkbərov, 33. Camal Cəfərov, 22. Seymur Məmmədov, 24. Maruan Hadudi, 18. Davit Volkov, 27. Jarl Marqarita.
Məşqçi: Artur Olenin.