Antalyada təlim-məşq toplanışında olan “Zirə” bu gün sonuncu yoxlama oyununa çıxıb.

Rekord.az xəbər verir ki, “qartallar” “Napredak” klubu ilə qarşılaşıb. Serbiya təmsilçisi ilə görüşə Bakı vaxtı ilə saat 16:00-da start verilib.

“Zirə” Antalya toplanışı çərçivəsində daha öncə “Ümraniyəspor”a 0:3 hesabıyla uduzub, Rumıniya “Sepsi”sinə isə 2:0 hesabıyla qalib gəlmuşdi. Zaur Həşimovun çalışdırdığı kollektiv Serbiya klubu ilə görüşdən də inamlı qələbə ilə ayrılıb.

Yoxlama oyunu

21 yanvar

Zirə – Napredak (Serbiya) 2:0
Qol: Riçard Qadze, Davit Volkov.
Türkiyə, Antalya

Zirə: Orxan Sadıqlı, Alie Sesay, Yovan Krneta, Rauf Hüseynli, Alvaro Ampuero, Elvin Camalov, Cavid Hüseynov (k), Şafik Tiqrudca, Ağabala Ramazanov, Davit Volkov, Riçard Qadze.