UEFA Avropa Liqasının I təsnifat mərhələsində keçiriləcək “Zirə” - “Şerif” oyunundan əvvəl baş tutacaq mətbuat konfransı və media üçün açıq məşqlərin vaxtı dəqiqləşib.

Rekord.az xəbər verir ki, ilk olaraq iyulun 17-si, saat 17:30-da Bakı klubunun baş məşqçisi Rəşad Sadıqovun "Dalğa Arena"da mətbuat konfransı baş tutacaq.

1 saat sonra isə "Şerif"in baş məşqçisi Yuri Huran mətbuat konfransında jurnalistlərin suallarını cavablandıracaq.

"Zirə"nin media üçün açıq məşqi saat 18:45-də "Qarabağ Arena"da, "Şerif"in məşqi isə 19:00-da "Dalğa Arena"da gerçəkləşəcək.

Hər iki komandanın məşq prosesinin ilk 15 dəqiqəsi mətbuat nümayəndələri üçün açıq olacaq.