
“Zirə” “Sumqayıt”a böyük hesabla qalib gəldi
- 15 Fev 2025 20:51
- 132
Bu gün Misli Premyer Liqasında 23-cü tura start verilib.
Rekord.az xəbər verir ki, ilk gündə bir oyun baş tutub.
“Sumqayıt” doğma meydanda “Zirə” ilə qarşılaşıb. Hər iki komanda ötən turda xalsız qaldığına görə bu dəfə qələbə qazanmağa çalışıb. Qonaqlar bu görüşdə darmadağına seviniblər.
“Turan Tovuz” – “Araz-Naxçıvan” və “Neftçi” – “Qarabağ” oyunları sabah, “Kəpəz” – “Şamaxı” və “Səbail” – “Sabah” matçları isə 17 fevralda baş tutacaq.
Misli Premyer Liqası
23-cü tur
15 fevral
“Sumqayıt” – “Zirə” 0:3
Qollar: Rafael Utziq, 14. Salifu Suma, 36; 65.
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Rəhman İmami, Əli Əliyev.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 19:00.
Sumqayıt: 1. Mehdi Cənnətov, 14. Elvin Bədəlov (k), 2. Sertan Taşkın, 7. Rövlan Muradov, 17. Murad Xaçayev, 8. Səbuhi Abdullazadə, 19. Roi Kehat, 95. Miloş Miloviç, 11. Momo Yansane, 60. Tresor Mossi, 77. Casurbek Caloliddinov.
Ehtiyat oyunçular: 94. Rəşad Əzizli, 36. Xəyal Fərzullayev, 30. Kamran Quliyev, 41. Uğur Cahangirov, 20. Ayxan Süleymanlı, 21. Nihad Əhmədzadə, 29. Qabil Əlizadə, 66. Ruslan Əliyev, 24. Sənan Muradlı, 75. Nadir Orucov, 12. Georgi Xaraişvili, 23. Ronaldo Vaskes.
Baş məşqçi: Vaqif Cavadov.
Zirə: 13. Aydın Bayramov, 7. Məqsəd İsayev, 32. Qismət Alıyev (k), 8. İsmayıl İbrahimli, 5. Stefan Akka, 90. Davit Volkov, 10. Georgi Papunaşvili, 23. Rafael Utziq, 3. Ange Mutsinzi, 17. Ayron Qomis, 19. Salifu Suma.
Ehtiyat oyunçular: 97. Tyaqo Silva, 41. Anar Nəzirov, 21. Hacıağa Hacılı, 16. Fuad Bayramov, 14. Elçin Əlicanov, 11. Rüstəm Əhmədzadə, 70. İssa Cibrilla, 15. Pyer Zebli, 6. Eldar Quliyev.
Baş məşqçi: Rəşad Sadıqov.