“Zirə” tarixinin ilk kubokunu qazanmaq şansına malikdir
- 31 May 2024 15:40
- 215
Azərbaycan Kubokunun finalında "Qarabağ" ilə qarşılşacaq "Zirə" tarixinin ilk kubokunu qazanmaq şansına malikdir.
Rekord.az Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən xəbər verir ki, bunu bacaracağı təqdirdə Rəşad Sadıqovun rəhbərlik etdiyi komanda yarışın qalibi adını qazanacaq 10-cu komanda kimi tarixə düşəcək.
“Qarabağ” isə yarışın 7 qat qalibidir. Ağdam klubu Azərbaycan Kubokunu başı üzərinə qaldırmaqda mütləq rekordçudur. Bölgə təmsilçisi rekordunu yeniləməklə digərləri ilə fərqi artırmağa çalışacaq.
1992-ci ildən keçirilən yarışda 9 klub - “Qarabağ” (7), “Neftçi” (6), “Kəpəz” (4), “Xəzər Lənkəran”, “Bakı” (hər ikisi 3), “Keşlə” (indiki “Şamaxı”), “Qəbələ" (hər ikisi 2), “İnşaatçı”, “Şəfa” (hər iksi 1) qalib adına sahib çıxıb