Misli Premyer Liqasında 17-ci turun oyunları keçirilir.

Rekord.az xəbər verir ki, bu gün daha bir görüş baş tutub.

“Turan Tovuz” doğma meydanda “Zirə” ilə qarşılaşıb. Tovuz təmsilçisi azarkeşlərinin dəstəyi ilə paytaxt təmsilçisini məğlub yola salmağı bacarıb. 

Xatırladaq ki, daha öncə keçirilmiş oyunlarda “Kəpəz” “Sumqayıt”la bərabərə qalıb – 1:1. “Araz-Naxçıvan” “Sabah”ı (2:0), “Səbail” isə “Qəbələ”ni (3:0) məğlub yola salıb. Tura dekabrın 18-də keçiriləcək “Qarabağ” – “Neftçi” matçı ilə yekun vurulacaq.

Misli Premyer Liqası
17-ci tur

16 dekabr

“Turan Tovuz” – “Zirə” 1:0
Qol: Fərid Nəbiyev, 76.
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Rahil Ramazanov, Kamran Əliyev.
Tovuz şəhər stadionu, 18:00.

Turan Tovuz: 85. Kamal Bayramov (k), 4. Şəhriyar Əliyev, 88. Faiq Hacıyev, 99. Veysəl Rzayev, 23. Alexandro Serrano, 15. Emmanuel Hakman, 7. Luis Paçu, 25. Denis Marandiçi, 6. Bruno Qonçalves, 80. Otto Con, 11. Ayxan Quseynov
Ehtiyat oyunçular: 1. Tərlan Əhmədli, 13. Aydın Bayramov, 3. Tərlan Quliyev, 14. Slavik Alxasov, 39. Sadiq Quliyev, 18. Budaq Nəsirov, 2. Sertan Taşkın, 10. Xəyal Nəcəfov, 77. Fərid Nəbiyev, 5. Roderik Miller, 9. Belajdi Pusi, 79. Martin Petkov
Baş məşqçi: Ayxan Abbasov
Zirə: 97. Tiaqo Silva, 77. Məqsəd İsayev, 32. Qismət Alıyev (k), 20. İsmayıl İbrahimli, 11. Rüstəm Əhmədzadə, 5. Stefan Aka, 4. Ruan Renato
44. Dmitrios Çantakias, 15. Pyer Zebli, 6. Eldar Quliyev, 19. Salifu Suma
Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 50. Səlim Həşimov, 8. İlkin Muradov, 10. Rəhim Sadıxov, 21. Hacıağa Hacılı, 16. Fuad Bayramov, 66. Pərviz Azadov, 52. Emil Bayramov, 9. Vladislav Kulaç, 23. Andriya Lukoviç, 70. İssa Cibrila, 28. Abbas İbrahim
Baş məşqçi: Rəşad Sadıqov