Qış təlim-məşq toplanışını Antalyada davam etdirən “Zirə” bu gün ilk yoxlama oyununu keçirib.

Rekord.az xəbər verir ki, qəsəbə təmsilçisi Türkiyənin “Ümraniyəspor” komandası ilə qarşılaşıb.

Zaur Həşimovun komandası Türkiyənin I liqa təmsilçisi ilə bacarmayıb. Fanatik Turun meydançasında keçirilən görüşdə Azərbaycan klubu böyük hesabla məğlub olub.

Yoxlama oyunu
11 yanvar

Zirə – Ümraniyəspor (Türkiyə) 0:3
Türkiyə, Antalya

“Zirə” ilk yarıda bu heyətlə mübarizə aparıb: Orxan Sadıqlı, Elvin Camalov, Alvaro Amupero, Cavid Hüseynov (k), Ağabala Ramazanov, David Volkov, Xulio Sezar Rodriqes, Miloş Bakraç, Adrian Skarlatake, Tellur Mütəllimov, Əli Şirinov.

Fasilədən sonra isə bu oyunçular meydana buraxılıb: Boyan Zoqoviç, Alie Sisay, Yovan Krneta, Rafael Məhərrəmli, Nicat Süleymanov, İlkin Muradov, Şafik Tiqrudca, Castin Jozef, Robin Nqalande, Mfo Kqasvane, Riçard Qadze