Bu həftə futbol üzrə Azərbaycan Premyer Liqasında 4-cü turun oyunları keçiriləcək.

Rekord.az xəbər verir ki, “Zirə” səfərdə “Keşlə” ilə qarşılaşacaq. 

“Qartallar” bu rəqiblə 20-ci dəfə üz-üzə gələcək. İndiyədək komandalar Premyer Liqa çərçivəsində 19 dəfə görüşüb. Hesabında 5 qələbə olan “qartallar” 8 dəfə meydanı 1 xalla tərk edib. Digər 6 matçda “Keşlə” qalib gəlib. Rəqib qapısından 20 top keçirən komandamız 22 qol buraxıb. 

Bunadək 10 dəfə rəqibin qonağı olan “qartallar” səfərdə 2 qələbə və 3 heç-heçəyə imza atıb. Meydan sahibləri isə 5 dəfə üç xala sevinib. Top fərqi də rəqibin xeyrinədir – 13:7.

Qeyd edək ki, sentyabrın 26-da “ASK Arena”da keçiriləcək “Keşlə” – “Zirə” matçı saat 20:15-də başlayacaq.