Futbol üzrə Azərbaycan kubokunda 1/4 final mərhələsinin cavab görüşləri keçirilir.

Rekord.az xəbər verir ki, bu gün ilk iki yarımfinalçı bəlli olub.

Öncə “Zirə” ilə “Səbail” üz-üzə gəlib. Bu komandalar arasındakı ilk oyunda qapılara qol vurulmamışdı. Cavab matçında da əsas vaxt qolsuz yekunlaşıb. Bu üzdən də əlavə vaxta ehtiyac duyulub. Məhz əlavə vaxtda qol vurmağa nail olan "Zirə" bu cütün qalibi olaraq yarımfinala vəsiqə qazanıb.

Günün digər qarşılaşması “Sabah”la “Qəbələ” arasında baş tutub. Doğma meydanda 3 cavabsız qola sevinən əyalət təmsilçisi bu cütün aşkar favoritinə çevrilmişdi. Amma paytaxt təmsilçisi də sonadək mübarizə aparmağa çalışıb. Bütövlükdə beş qolun qeydə alındığı qarşılaşma əyalət təmsilçisinin qələbəsiylə başa çatıb. Beləcə, "Zirə"nin ardından yarımfinala növbəti vəsiqəni "Qəbələ" qazanıb. Yarımfinalda da məhz bu iki komanda üz-üzə gələcək.

“Sumqayıt” – “Neftçi” və “Keşlə” – “Qarabağ” oyunları isə sabah baş tutacaq.

Azərbaycan kuboku
1/4 finalın cavab oyunları

19 dekabr

“Zirə” - “Səbail” 1:0
Qol: X.S.Rodriqes, 105+1.
Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Mübariz Haşımov, Vüqar Həsənli.
Zirə İdman Kompleksinin stadionu, 15:00.
İlk oyun – 0:0.

Zirə: 1. Orxan Sadıqlı, 8. İlkin Muradov, 88. Tellur Mütəllimov, 7. Cavid Hüseynov (k), 4. Elvin Camalov, 27. Adrian Skarlatake, 23. Mfo Kqasvane, 25. Miloş Bakraç, 6. Alvaro Ampuero, 43. Riçard Qadze, 70. Nicat Süleymanov.
Ehtiyat oyunçular: 28. Boyan Zoqoviç, 62. Abdulla Seyidəhmədov, 14. Bəxtiyar Həsənalızadə, 10. Elvin Məmmədov, 17. Robin Nqalande, 18. Xulio Sezar Rodrigez, 5. Anastasios Papazoqlu, 11. Soni Norde, 99. Rafael Məhərrəmli, 77. Cəlal Hüseynov.
Baş məşqçi: Zaur Həşimov.
Səbail: 1. Aleksandr Rıbka, 7. Fəhmin Muradbəyli, 17. Elçin Rəhimli, 13. Şəhriyar Rəhimov, 14. Rahid Əmirquliyev (k), 10. Ağabala Ramazanov, 34. Ürfan Abbasov, 55. Adil Nağıyev, 9. Mirsahib Abbasov, 21. Eriko da Silva, 77. Ədilxan Qarəhmədov.
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 25. Elxan Əhmədov, 88. Orxan Qurbanlı, 26. Kamal Qurbanov, 18. Aqşin Qurbanlı, 5. Vüqar Bəybalayev, 19. Ruslan Hacıyev, 3. Turan Manafov, 79. Əli Sadıxov.
Baş məşqçi: Aftandil Hacıyev.

"Sabah" – "Qəbələ" 2:3
Qol: B.Mustafazadə, 62; 76 - D.Volkov, 22; 23. K.Bauk, 64.
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Qəzənfər Məmmədov, Namiq Bəkirov
“Bank Respublika Arena”, 18:00
İlk oyun – 0:3.

Sabah: 1. Saşa Stamenkoviç (k), 5. Kərim Diniyev, 22. Məqsəd İsayev, 19. Təmkin Xəlilzadə, 7. Coşqun Diniyev, 77. Cavid Tağıyev, 4. Bəhlul Mustafazadə, 13. Filip İvanoviç, 23. Amadu Diallo, 26. Ozan Can Kökcü, 11. Şakir Seyidov.
Ehtiyat oyunçular: 71. Dmitro Bezruk, 6. Vadim Abdullayev, 17. Məhəmməd Mirzəbəyov, 27. Hendrik Ekşteyn, 9. Ulise Diallo, 21. Rocer Roxas, 99. Abbas Ağazadə, 97. Emil Qasımov, 20. Anar Panayev, 2. Elçin Mustafayev, 38. Arsen Ağcabəyov.
Baş məşqçi: Jelko Sopiç.
Qəbələ: 1. Anar Nəzirov (k), 8. Qismət Alıyev, 74. Yusif Nəbiyev, 9. Davit Volkov, 3. İviça Zuniç, 10. Klesio Bauk, 77. Merab Qiqauri, 21. Fernan Lopez, 6. İbrahima Niasse, 19. Rövlan Muradov, 2. Amin Seydiyev.
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 11. Asif Məmmədov, 7. Roman Hüseynov, 28. Murad Musayev, 4. Sadiq Quliyev, 13. Kristian Kuaku, 20. Faiq Hacıyev, 22. Rüstəm Nuriyev, 15. Vüsal Məsimov, 55. İdris İnqilablı.
Baş məşqçi: Azər Bağırov.