“Zirə” klubu heyətini legioner futbolçuyla gücləndirməyə hazırlaşır.

Rekord.az xəbər verir ki, bu barədə menecer Joao Santos İtaliya mətbuatına müsahibəsində bildirib.

O, futbolçunun adını və mövqeyini açıqlamayıb: “Çox ümidverici bir futbolçu var. Onun transferi üçün Azərbaycanın “Zirə” klubu ilə danışıq aparırıq”.

Qeyd edək ki, Joao Santos yarımmüdafiəçisi Jorjinyonun da meneceridir.