"Zirə" rəhbərliyi yeni layihə haqda plan cızır.

Rekord.az-a daxil olan məlumata görə, söhbət klubun öz stadionunun tikilməsindən gedir.

Bildiyiniz kimi, komanda hazırda Zirə Olimpiya Kompleksinin stadionundan icarə qaydasında istifadə edir. Rəhbərlik isə istəyir ki, klub üçün kiçik də olsa yeni stadion tiksin. Düzdür, hazırkı durumda bunun üçün büdcə yoxdur. Amma layihə olaraq bu məsələ müzakirə olunur. Yəni sponsorların maddi durumud düzələcəyi halda bu planın həyata keçirilməsi nəzərdə tutulub.