“Zirə” yeni futbolçu ilə anlaşıb.

Rekord.az xəbər verir ki, sözügedən klub Pyer Zeblini heyətinə qatıb.

26 yaşlı yarımmüdafiəçiylə 2+1 illik müqavilə imzalanıb. 

Qeyd edək ki, Fil Dişi Sahilindən olan futbolçu karyerası ərzində İtaliyanın “Peruca”, “Askoli”, “Katolika”, Belçikanın “Genk”, Bolqarıstanın “Çarsko Selo” və “Lokomotiv” (Plovdiv) klublarının şərəfini qoruyub.